Oman kralı Yəmənə hücumların dayandırılmasını istədi
Müəllif: Admin
Tarix: 30-03-2015, 14:45
Bölmə: Xəbərlər
Oman kralı Yəmənə hücumların dayandırılmasını istədi

Oman kralı səudiyyəli həmkarına məktub yazıb
İslamazeri.az-ın "Alalam"-ə istinadən verdiyi xəbərə görə, Oman kralı ərəbistanlı həmkarına yazdığı məktubda ölkəsinin Yəmənə hərbi hücumların dayandırılmasına tərəfdar olduğunu bildirib. Martın 29-da Oman kralı Sultan Kabus bin Səid əl-Səidin Ərəbistan kralı Salman bin Əbduləzizə yazdığı açıq məktubda Yəmən torpaqlarına qarşı hərbi hücumların dayandırılmasını istəyib. Məlumata əsasən, Sultan Kabusun Səudiyyə Ərəbistanı kralına yazdığı məktubda Yəmən böhranının bundan artıq davam etməsinin nəticələrinin çox ağır olacağını bildirib. Oman mətbuatının ölkənin rəsmi orqanlarına istinadla verdiyi xəbərində Oman Səudiyyə Ərəbistanının Yəmənə qarşı təşkil etdiyi hava hücumlarında yaralananları müalicə üçün yardıma hazır olduğunu elan edib. Sənada cümə namazı zamanı baş verən terror aktı zamanı yaralananlardan 40 nəfəri Oman sultanlığında müalicə olunub. Qeyd edək ki, Fars Körfəzi Əməkdaşlıq Şurasının 6 üzv ölkəsindən biri olan Oman Yəmənə hücumu dəstəkləməyən yeganə ölkədir.
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930