Bəşər Əsəd: "İran olmasaydı, Suriya terrorçular qarşısında müvəffəqiyyət qazanmazdı"
Müəllif: Admin
Tarix: 17-03-2015, 17:00
Bölmə: Xəbərlər
Bəşər Əsəd: "İran olmasaydı, Suriya terrorçular qarşısında müvəffəqiyyət qazanmazdı"

İranın iqtisadiyyat naziri Suriyaya səfər edib
İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, İran iqtisadiyyat naziri Əli Tayyibniya Suriya prezidenti Bəşər Əədlə görüşüb. Əli Tayyibniya Əsədə İran prezidentinin salamlarını çatdıraraq, Suriyanın terror təşkilatlarına qarşı əldə etdiyi uğurlardan məmnuniyyət duyduğu bildirib. Tayyibniya görüşdə belə danışıb: "Suriyanın terror təşkilatları qarşısında əldə etdiyi uğurlar, regionun yenidən əmin-amanlığa qovuşması üçün böyük əhəmiyyət daşıyır. İran və Suriya arasındakı münasibətlər, dərin və əhatəlidir. Suriya xalqı və dövləti, İraqlə müharibə dövründə hər zaman İran xalqının yanında oldu. Bu səbəbdən də İran, ölkənin bu kritik dövrlərində Suriya xalqı və dövlətinin yanında olacaqdır" . Suriya prezidenti Bəşər Əsəd də bu görüşdə İranın Dini Lideri Ayətullah Xameneinin verdiyi dəstəklərə görə təşəkkürünü bildirərək, deyib: "İran olmasaydı, Suriya terrorçular qarşısında müvəffəqiyyət qazanmazdı. İran xalqı və dövlətinin kritik dövrlərdə yanımızda olduğu kimi, Suriyanın yenidən qurulmasında da İranın texniki gücü və özəl sektorundan yararlanmağa ümid edirik" .
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031