İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır
Müəllif: Admin
Tarix: 31-01-2015, 19:01
Bölmə: Xəbərlər
İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, nano sənayesi üzrə əldə olunmuş nailiyyətlərin davam etməsi üçün insanların elm və tədqiqat sahəsindəki işlərin təsirlərini öz həyatlarında hiss etmələri lazımdır.
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, nano sənayesi üzrə əldə olunmuş nailiyyətlərin davam etməsi üçün insanların elm və tədqiqat sahəsindəki işlərin təsirlərini öz həyatlarında hiss etmələri lazımdır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər İmam Xomeyni(r.ə.) hüseyniyyəsində təşkil edilmiş nano-texnologiyası sərgisinə baxış keçirərək, ölkənin gənc alimləri və mütəxəssislərinin “nano və bio-texnologiya” sahəsindəki elmi nailiyyətləri və səyləri ilə yaxından tanış olublar.

Həzrət Ayətullahuluzma Xamenei nano-texnologiyası və bio-texnologiya sahəsində fəaliyyət göstərən elm adamları, tədqiqatçılar və məsul şəxslər arasında etdikləri söhbətlər zamanı bu sahədə əldə olunmuş nailiyyətləri ölkənin digər sahələrdə də inkişaf etdirilməsi üçün bir nümunə adlandırıb və deyiblər: Bu nailiyyətlər sübut edir ki, bir qrup maraqlı, mütəxəssis və məsuliyyətli insanın öz səyini müəyyən bir sahəyə yönəltdiyi zaman böyük inkişaflar və elmi sıçrayışların şahidi olmaq olar.

O həzrət “dəqiq proqramlaşdırma”, “sabit idarəçilik” və “üstün istedadların aşkar edilməsi üçün lazımi bazanın yaradılması”nı nano-texnologiyası sahəsində əldə olunmuş nailiyyətlərin qorunması üçün zəruri adlandırıb və deyiblər: İnkişafın davam etməsinə səbəb olan amillərdən biri də siyasi maraqların elm və tədqiqat atmosferinə sirayət etməsinin qarşısını almaqdan ibarətdir.

Həzrət Ayətullahuluzma Xamenei “məğrurlaşmamaq” və “mövcud vəziyyət və əldə olunmuş nailiyyətlərə qane olmamaq” kimi prinsipləri elmi inkişafın sürətlə davam etməsində əsas amillərdən adlandırıb və deyiblər: Doğrudur, bu gün iranlı gənclərin istedadı və ölkənin elmi inkişaf sürəti dünyada mövcud olan orta göstəricidən daha yüksəkdir və buna misal olaraq, İranın nano-texnologiyasında dünya ölkələri arasında 7-ci pillədə durmasını nümunə göstərmək olar. Amma tarixi baxımdan ölkənin elm sahəsində geridə qalmasını nəzərə alaraq, elmi inkişaf hər gün daha artıq sürətlə irəliyə doğru hərəkət etməlidir.

İslam İnqilabının Böyük Rəhbəri zorakı qüdrətlərin siyasi, ictimai və mədəni sahələrdə müstəqil davranmasına görə İran xalqı ilə düşmənçiliyinə işarə edərək, deyiblər: Bu düşmənçilik özünü müxtəlif sahələrdə büruzə verir. Buna görə də lazımi iqtidara nail olmaq üçün hər gün daha artıq güclənmək lazmdır.

O həzrət nano-texnologiyası sahəsində əldə olunmuş nailiyyətlərin sənayeləşdirilməsi, ticariləşdirilməsi və məhsulların istehlak bazarlarına çıxarılması, sərvətin istehsalı sahəsinə yönləndirilməsini zəruri adlandıraraq, deyiblər: Nano sahəsində elmi nailiyyətlərin davam etməsinə zəmanət verən əsas amillərdən biri, xalqın elm və tədqiqat sahəsindəki nailiyyətlərin təsirlərini gündəlik həyatında hiss etməsidir.
İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır


İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır

Oxşar xəbərlər
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31