Həyat yoldaşınıza müsbət yüklü sözlər deyin
Mьəllif: admin1
Tarix: 25-05-2020, 22:57
Həyat yoldaşınıza müsbət yüklü sözlər deyin
Kişiləri tanımaq elə də sadə iş deyildir. Heç indiyə qədər həyat yoldaşınıza elə söz demisiniz ki, sonra onu tanımadığınızı dərk edəsiniz? Kişiləri tanımağa çalışaq.

Hər bir kişinin bu dünyada özünəməxsus qanun və qaydaları vardır. Çox cəlddirlər və bir sözü eşidən an, ona reaksiya verə bilirlər.

Onlar qadınlardan daha az səbirlidirlər. Hər bir kişinin özünəməxsus xasiyyəti olmasına baxmayaraq, bütün kişilər qarışıq söz eşitməkdən bezardırlar.

Onlarla söhbət edən zaman aydın və pərdəsi olmayan sözlərdən istifadə etmək lazımdır. Əgər həyat yoldaşınızın yorğun olub-olmamasını bilmək istəyirsinizsə, gərək ondan aydın şəkildə soruşasınız ki, yorğunsan, yoxsa yox? Əgər bundan başqa sual versəniz, o, sizi başa düşməyəcəkdir.

Ola bilsin ki, sizə elə cavablar versin ki, heç onu gözləmirdiniz. Misal üçün, əgər ondan soruşsanız ki, günün necə keçibdir? Şübhəsiz ki, o, sizə işindən danışacaqdır, o da bir cümlə ilə. Ona görə də bir şeyi soruşmaq istəyəndə, birbaşa soruşun.

Bəzən kişilər söhbətin nədən getdiyini bilmədikləri üçün əsəbləşərlər. Ona görə də söhbət edən zaman həyat yoldaşınıza məqsədinizi aydın başa salın. Çünki o, bir kişidir və kişilər qarışıq sözlər eşitməyi sevmirlər.

Kişilər cümlələrə qarşı həssas deyildirlər. Lakin cümlələrin mənfi və ya müsbət yükü onlara təsir edər. Əgər siz həyat yoldaşınızla şirin söhbət etmək istəyirsinizsə, gərək müsbət yükü olan cümlələrdən istifadə edəsiniz.

Yəni, getmirəm, gəlmirəm, inkar bildirən hər bir cümlədən çəkinin. Bu sözlərin müsbət yüklü sinonimlərindən istifadə edin. Misal üçün demək istəyəndə ki, “pis deyiləm”, deyin ”yaxşıyam”.

“Düz demirsən” yerinə, deyin “deyəsən elə deyil”. “Çirkin” demək istəyəndə deyin ki, “gözəl deyildir”. “Nifrət edirəm” demək istəyəndə deyin “çox istəmirəm”. “Çətindir” demək istəyəndə deyin “asan deyildir”.

Kişilər adətən söhbətə ilk başlamağı sevmirlər, qadınlar onları yavaş-yavaş söhbət etməyə tərəf cəlb etməlidir. Misal üçün, qadın gün ərzində etdiyi işlər haqqında ona danışsa, o da gün ərzində etdiklərini danışar. Əgər kişi qadının ona dediklərində tənə və ya məzəmmət hiss etməsə, rahat şəkildə onunla rabitə qurar.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930