Yaxınlarını itirənlər necə təskinlik tapmalıdır?
Mьəllif: admin1
Tarix: 18-04-2020, 22:13
Yaxınlarını itirənlər necə təskinlik tapmalıdır?
Bir insan üçün bu dünyada ən böyük mənəvi zərbə - ən yaxını olan insanı itirməklə olar. Xüsusilə də əgər bu insan onun həyat yoldaşıdırsa, bu qəm illər boyu çəkər.

Bu dünyada yaşayan hər bir canlı bir gün öləcəkdir. Hər bir insan ən yaxınında və onun üçün əziz olan insanların ölümünü təcrübə edərlər. Bu, həyatın qəmli tərəfləridir. Bir çoxları bu zərbəni inkar edirlər və elə bilirlər ki, bu cür yas saxlayıb onu unuda bilər.

Əgər dünyasını dəyişən həyat yoldaşı cavan olarsa, bu qəm daha da çox olar. Bu cür insanlar hisslərini belə büruzə verərlər.

Bəziləri deyər: “Niyə, mən?! Ürəyim onun üçün çox darıxır. Heç yuxularıma girmir...”.

Bəziləri deyir: “Çətindir, ancaq qəbul edirəm”.

Hər halda bu dünyada yaşayan hər bir insan yaxınının ölümünü bir gün təcrübə edəcəkdir. Bu zaman bəziləri qəbul edir və bəziləri isə inkar edirlər. Bəziləri də əziyyətdən qaçmaq üçün onu axtararlar.

Bəli, yaxınını itirmək həm çətin və həm də mürəkkəb mövzudur. Belə bir insan özünə qapanar və ya başqaları ilə kobud rəftar edər. Sanki acısını başqalarından çıxartmaq istəyər.

Qəmi olan belə insan depressiyaya düşər. Bu, təbiidir, lakin bu mərhələni aşmaq lazımlıdır. Orada ilişib qalmaq, insanı həyatdan küsdürər.

Heş kəs ölmüş əzizini unuda bilməz. Bəzən ona aid olan şeyləri görəndə və ya onun sözlərini işlədən zaman qəm insana hücum edər. Lakin unutmamalıyıq ki, təslim olmaq olmaz, biz bu həyatda yaşamalıyıq.

Adətən həyat yoldaşlarını itirən insanlar bir il ərzində mövzunun həqiqətini dərk edə bilməzlər. Bəziləri üçün bu yas bir ay, bəziləri üçün isə illərlə çəkər.

Hər bir halda təzə həyata başlamaq lazımdır. Mütəxəssislərin nəzərinə görə, ilk iş olaraq, həmin insan həqiqəti qəbul etməlidir. Yəni, itirdiyi bu insan artıq yaşamır və geri qayıtmayacaqdır.

Ona görə də qəmdən xilas olun və bunun üçün əlinizdən gələni edin. Ağlayın, başqaları ilə bu mövzu haqqında dərdləşin, gündəlik işlər haqqında düşünün. Öz məsuliyyətinizi və başqaları üçün də əziz olduğunuzu unutmayın. Asılı olduğunuz bu insanla bağlarınızı qoruyun, amma ölçüsündə.

Həyatın başqa tərəflərinə diqqət etməyə çalışın. Kitab oxuyun, özünüzə məşğuliyyət tapın. Bunu unutmayın ki, ölüm hamıya aiddir. Ölüm son deyildir, başqa bir həyatın başlanğıcıdır. İtirdiyiniz adamı uzunmüddətli səfərə gedən kimi qəbul edin.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930