Şeyx Əhməd Kərimə: `Əhli-beyt məzhəbi bizim Qürur mənbəyimizdir`
Müəllif: Admin
Tarix: 26-11-2014, 20:34
Bölmə: Xəbərlər
Şeyx Əhməd Kərimə: `Əhli-beyt məzhəbi bizim Qürur mənbəyimizdir`

Əzhər Universitetinin idarəçilərindən olan Əhməd Kərimə təkfirçilərin təzyiqlərinə baxmayaraq, çox yaxında Misirdə İslami Məzhəbləri Yaxınlaşdırma Dərnəyinin fəaliyyətə başlayacağı müjdəsini verib.

Maide.az xəbər verir ki, Əhməd Kərimə bu dərnəyin İslam ümmətinin vəhdət və birliyində çox təsiri olacağını söyləyib.

İrana etdiyi səfərdən sonra təkfirçilər tərəfindən ciddi bir təzyiqlə üzləşən Şeyx Əhməd Kərimə buna görə məhkəməyə də verilib. Şeyx Əhməd belə deyib: "Əgər Təl-Əvivə getsəydim, bu qədər təzyiq edilməzdi. Bu da içində olduğumuz vəziyyətin mühümlüyünü göstərməkdədir!"

Şeyx Əhməd Kərimə İslam ümmətinin vəhdəti üçün əlindən gələn səyi sərf edəcəyini söyləyib və belə danışıb: "İslam ümmətinin vəhdət və bütövlüyündən ancaq İslam düşmənləri narahatlıq keçirir. Buna görə, düşmənlər narahat olsa da, bu yolda işə davam edəcəyik."

Şeyx Əhməd Kərimə son olaraq belə deyib: "Biz şiəliyi rəsmiyətə almışıq. Əl-Əzhər Universitetində şiə fiqhi tədris edilməkdədir. Bəziləri qeyri-müsəlmanlarla əlaqə yaratmağı caiz gördükləri halda, Amerika və İsrailin təsiri altında qaldıqları üçün şiələrlə əlaqə yaradılmasına qarşı çıxmaqdadırlar. Şiə məzhəbi Əhli-bəytə çatmaqdadır. İmam Sadiq (ə) İmam Malikin və Əbu Hənifənin ustadıdır. Əhli-beyt məzhəbi bizim qürur qaynağımızdır. Lakin bu günün xəvaricləri olan təkfirçi vəhhabilərə görə, bütün müsəlmanlar kafirdir!"
Oxşar xəbərlər
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31