Ayətullah Məhdəvi Kәninin möhtəşəm dəfn mərasimi – Foto
Müəllif: Admin
Tarix: 23-10-2014, 21:22
Bölmə: Xəbərlər
Ayətullah Məhdəvi Kәninin möhtəşəm dəfn mərasimi – Foto

Ayətullah Məhəmmədrza Məhdəvi Kəninin Meyyit namazını İmam Xamenei cənabları qılıb.
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün, 23 Oktyabr, 2014 tarixdə mərhum Ayətullah Məhəmmədrza Məhdəvi Kıninin dəfn mərasimi keçirilib.

Ümümdünya Müsəlmanlarının Ali Lideri, Ayətullah Üzma Xamenei bu gün səhər saatlarında Tehran universitetində İran İslam Respublikasının Ekspertlər Məclisinin sədri Ayətullah Məhəmmədrza Məhdəvi Kəninin Meyyit namazını qılıb.

Tehranda ölkənin üç qüvvəsinin (Prezident Aparatı, Parlament və Ali Məhkəmə) sədrlərinin iştirakı ilə keçirilən dəfn mərasiminə minlərlə insan qatılıb.

Mərasimə qatılan ölkə rəsmiləri, hərbiçilər, tələbələr, inistut müəllimləri və ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri İnqilab xiyabanından başlayaraq Hafiz xiyabanına doğru hərəkət ediblər.

Qeyd edək ki, mərhum Ayətullah Məhəmmədrza Məhdəvi Kəni Rey şəhərində yerləşən Əbdül Əzim Hüseyninin (Allahın səlam ona olsun) hərəmində torpağa bastırılıb.

Xatırladaq ki, İran İslam Respublikasının Ekspertlər Məclisinin sədri Ayətullah Məhəmmədrza Məhdəvi Kəni 2014-cü il 4 iyunda İslam İnqilabının Banisi Həzrət İmam Xomeyni (rə)-ın vəfatının 20-cı ildönümü mərasimində iştirak edib, evə döndükdən sonra ürək çatışmamazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Ayətullah Məhəmmədrza Məhdəvi Kəni 21 oktyabrda 83 yaşında olarkən vəfat edib.
Ayətullah Məhdəvi Kәninin möhtəşəm dəfn mərasimi – Foto
Ayətullah Məhdəvi Kәninin möhtəşəm dəfn mərasimi – Foto

abna.ir
Oxşar xəbərlər
«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930