Yəhudilər İlham Əliyevə təşəkkür etdi
Müəllif: Admin
Tarix: 24-09-2014, 21:07
Bölmə: Xəbərlər
Yəhudilər İlham Əliyevə təşəkkür etdi

Yəhudi Xəbərlər Agentliyinin (YXA) saytında “Azərbaycan Prezidenti yəhudiləri Roş-Ha-Şana münasibətilə təbrik edib” sərlövhəli məqalə yerləşdirilib.
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Yəhudilər İlham Əliyevə təşəkkür etdi

Yəhudi Xəbərlər Agentliyinin (YXA) saytında “Azərbaycan Prezidenti yəhudiləri Roş-Ha-Şana münasibətilə təbrik edib” sərlövhəli məqalə yerləşdirilib.

Məqalədə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə respublikanın yəhudi icmalarına təbrik məktubu göndərib.

Prezident İlham Əliyevin respublikanın yəhudi icmalarına məktubunda vurğulanır ki, Azərbaycan ayrı-ayrı din və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın, hörmət və etimadın hökm sürdüyü nadir ölkələrdəndir. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin və multikultural ənənələrin qorunub saxlanılması, milli azlıqların dil və mədəniyyətinin inkişaf etdirilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Azərbaycan dövlətinin başçısı bildirib ki, Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bayramdır. Azərbaycan Respublikası Prezidentinin ölkənin yəhudi icmalarına ünvanlanan təbrik məktubu bu sözlərlə bitir:

“Yəhudi xalqının bu əziz günü münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram”.

Azərbaycanın dağ, aşkenazi və Gürcüstan yəhudiləri dini icmalarından YXA-ya bildiriblər:

”Bizi qarşıdan gələn Roş-Ha-Şana bayramı münasibətilə təbrik etdiyinə görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdarıq. Prezidentimizin məktubundakı mehriban və səmimi sözlər Azərbaycan xalqları arasında sülh və həmrəyliyi dolğun əks etdirir. Qoy qarşıdan gələn 5775-ci il bütövlükdə Azərbaycan üçün, respublikamızın bütün xalqları və konfessiyaları üçün gözəl və uğurlu il olsun!”
Oxşar xəbərlər
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031