Səudiyyə Ərəbistanı Hudeyda vilayətində məscidi bombardman etdi; azı 5 ölü
Müəllif: Admin
Tarix: 11-10-2018, 10:53
Bölmə: Xəbərlər
Səudiyyə Ərəbistanı Hudeyda vilayətində məscidi bombardman etdi; azı 5 ölü
Ötən gün Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus hərbi aviasiya Yəmənin Hudeyda vilayətinə zərbələr endirib.

Aviazərblər nəticəsində azı 5 mülki vətəndaşın həyatnı itirdiyi qeyd edilir. Rəsmi "SABA" agentliyinin məlumatına əsasən, aviazərbələr Hudeyda vilayayətində yerləşən Əl-Cəh rayonundakı məscidə tuş gəlib. Nəticədə 5 mülki vətəndaş həyatını itirib.

Bununla yanaşı, Yəmən ordusu və “Ənsarullah” xalq hərəkatı üzvlərinə məxsus artileriya qüvvələri ölkənin qərb sahilində yerləşən Dreyhmi rayonunda muzdlulara qarşı genişmiqyaslı əməliyyata başlayıb. Yəmən ordusunun Əl-Cəuf vilayətində bir neçə səudiyyəli hərbçini zərərsizləşdirdiyi diqqətə çatdırılır.

Bundan əlavə, Taiz vilayətində işğalçılara zərbələrin endirildiyi bildirilir.

Qeyd edək ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəlik və məcburi köçükün vəziyyətinə düşüb. Dənizdən və havadan blokada ölkəyə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur.

Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.
Mənbə:/www.eastnews.org/
Oxşar xəbərlər
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031