ABŞ-dan suriyalı qadın və uşaqlara qanlı hücum
Müəllif: Admin
Tarix: 13-07-2018, 19:33
Bölmə: Xəbərlər
ABŞ-dan suriyalı qadın və uşaqlara qanlı hücum
İslamazeri.com-un SANA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Hərbi-Hava Qüvvələrinin Suriyanın Deyr-əz-Zor əyalətindəki yaşayış məntəqələrinə endirdiyi hava zərbələri nəticəsində azı 30 dinc sakin həyatını itirib.

Zərbələr İraqla sərhəd Abu-Kəmal şəhərinin yaxınlığında yerləşən Baqoz-Faukani və əs-Susa yaşayış məntəqələrinin yaşayış kvartallarına endirilib.

Xəsarət alanların əksəriyyəti qadın və uşaqlardır.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, həlak olanların sayı arta bilər, çünki yaralıların çoxunun vəziyyəti olduqca ağırdır.
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031