Ə.Ə.Vilayəti: “İran və Rusiya geri çəkilsə, terrorçular yenidən Suriyaya qayıdacaq”
Müəllif: Admin
Tarix: 13-07-2018, 19:27
Bölmə: Xəbərlər
Ə.Ə.Vilayəti: “İran və Rusiya geri çəkilsə, terrorçular yenidən Suriyaya qayıdacaq”
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin xarici siyasət üzrə baş müşaviri Əli Əkbər Vilayəti NATO-nun Suriya-Türkiyə sərhədinə qüvvələrini yerləşdirməsinin reallaşmayan bir xəyal olduğunu deyib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Moskvada səfərdə olan Ə.Ə.Vilayəti, Valday müzakirə klubunun bir tədbirinə qatılıb. Ali dini rəhbərin müşaviri NATO-nun qüvvələrini Suriya-Türkiyə sərhədinə yerləşdirmək planına dair verilən suala belə cavab verib: “Şübhəsiz, bunun kimi ağılsız və məntiqsiz qərarlar bir neçə dəfə verilib. Amma bu qərarları, cənab (ABŞ prezidenti Donald) Trampın xəyallarını həyata keçirmək mümkün olmayacaq”.

Ə.Ə.Vilayəti İran, İraq, Suriya, Fələstin və Livanın Rusiyadan aldıqları dəstək ilə NATO-nun bu planına qarşı çıxacağını da bildirib.

Ə.Ə.Vilayəti İranın hərbi qüvvələrini Suriyanın İsrail rejiminin yaxınlığındakı cənub sərhədindən çəkib çəkməyəcəyilə bağlı verilən suala bu cavabı verib: “Bu ölkədəki mövcudluğumuzun İsrail rejimi ilə heç bir əlaqəsi yoxdur. Bu ölkədəki mövqelərimizi Dəməşq və Moskva ilə koordinasiya edirik. Bununla əlaqədar İsrail rejimi ilə razılaşmaq və ya hərbi mövcudluğumuzun İsrail rejiminin tələblərinə uyğun olmasına ehtiyac yoxdur.

Bu ölkədə (Suriya) hərbi müşavirlərimiz var. Biz buradan getsək, bizim ardımızca Rusiya gedər və buraya yenidən terrorçular gələr. Terrorçu (Suriyadakı) qruplar hazırda İdlibdə toplanmış vəziyyətdədi. İran və Rusiyanın dəstəyi olmadan Suriya zəifləyər və terrorçular də köhnə yerlərinə qayıdar.

İran və Rusiyanın Suriyadakı mövcudluğu bu ölkəni terrorçu qruplardan və Amerikanın təcavüzündən qorumaq üçün davam edəcək. İraq və ya Suriya hökumətlərinin istəyi olarsa, dərhal geri çəkilərik. Lakin İsrail rejimi və ya Amerikanın təzyiqinə görə geri çəkilmərik”.

Bu arada, Ə.Ə.Vilayəti ABŞ-ın anti-İran sanksiyalarının neft qiymətlərini artırıb, neft istehlakçısı olan ölkələrə zərər verəcəyi barədə xəbərdarlığını da edib.


Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930