Binalı Yıldırım Türkiyə parlamentinin sədri seçildi
Müəllif: Admin
Tarix: 13-07-2018, 10:09
Bölmə: Xəbərlər
Binalı Yıldırım Türkiyə parlamentinin sədri seçildi
Türkiyə parlamentinin Baş Assambleyasında keçirilən səsvermədə, Ədalət və İnkişaf Partiyasının İzmirdən seçilən deputatı Binalı Yıldırım, 335 səs toplayaraq, Türkiyə parlamentinin sədri seçilib.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Baş Assambleyadakı üçüncü tur səsverməsində 584 deputat iştirak edib.

Ədalət və İnkişaf Partiyasının deputatı Binalı Yıldırım 335 səs, CHP-nin İstanbuldan deputatı Ərdoğan Topraq 135 səs, HDP-nin Siirt deputatı Meral Danış Beştaş 63 səs, İYİ Partiyanın İstanbul deputatı Hayrettin Nuhoğlu 40 səs, Səadət Partiyasının İstanbul deputatı Cahangir İslam 5 səs alıb, 6 səs də etibarsız sayılıb.

Buna görə, Binalı Yıldırım üçüncü tur səsverməsində sadə səs çoxluğu ilə 28-ci Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Seçkidən sonra Yıldırım belə bir açıqlama ilə çıxış edib: “Səs verən və verməyən bütün deputatların sədri olacağımın bilinməsini istəyirəm”.
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031