Ayətullah Sistaninin dəftərxanası Fitr bayramı günü haqda açıqlama verib
Müəllif: Admin
Tarix: 13-06-2018, 23:49
Bölmə: Xəbərlər
Ayətullah Sistaninin dəftərxanası Fitr bayramı günü haqda açıqlama verib
Ayətullah Sistaninin dəftərxanası Fitr bayramı gününün (şəvvalın biri) dəqiq müəyyənləşməsi üçün İraqda və digər ölkələrdə olan müqəllidləri cümə axşamı günü (14 iyun) ayın müşahidəsinə çağırıb.

İslaminSesi.info bu barədə Sumariya Agentliyinə istinadla xəbər verir.

İnanclıları cümə axşamı günü ayın müşahidəsinə çağıran Ayətullah Sistaninin dəftərxanası vurğulayıb ki, sabah axşam İraqda təchizatı olmayan gözlə şəvval ayının hilalının görünməsi də çətin nəzərə çarpır.

Hava şəraiti münasib olacaq ölkə və bölgələrdəki inanclılardan istənilib ki, sabah axşam şəvval ayının müşahidəsinə çıxsınlar və ay göründüyü təqdirdə onun həcmini və üfüqünü bildirməklə dəftərxanaya və ya onun nümayəndəliklərinə xəbər versinlər.

Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930