Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Cümə xətibi İsrailin cinayətlərindən danışdı

Cümə xətibi İsrailin cinayətlərindən danışdı

Cümə xətibi İsrailin cinayətlərindən danışdı
Tehranın bu həftəki cümə xətibi Ayətullah Muvəhhidi Kermani olub
Ahlibeyt.ge-nin İslamazeri-yə, onunda “Fars”-a istinadən verdiyi xəbərə əsasən, o, sionist rejiminin məzlum Fələstin xalqına etdiyi zülmlərdən söz açaraq deyib: “Yəqin ki, ürək ağrıdan bu hadisələrdən xəbərdarsınız. Bu qan içən, uşaq qatili və cinayətkar olan rejimin xasiyyəti elə bundan ibarətdir. Xoşbəxtlikdən bu xəbərlər az-az da olsa, dünya xalqlarının qulağına çatmaqdadır. Dünya bu xəbərlərlə oyanır və bu rejimi tanıyır, bununla da onlara nifrət edirlər. Lakin buna baxmayaraq, onlar medialara həqiqəti olduğu kimi əks etdirmək üçün maneə törədirlər. Əgər buna şərait yaranarsa, bütün dünya xalqları bu rejimə öz nifrətini bildirəcəkdir. İnsan bu cinayətlərin böyüklüyündən heyrətlənməyə bilmir. Mən onların 1982-ci ildə 48 saatlıq cinayətlərindən danışmaq istəyirəm. 2 gün ərzində 3297 Fələstin və Livan vətəndaşı qətlə yetirildi. Öldürməmişdən öncə işgəncə edir və ya namuslarına təcavüz edirdilər. Bu faktlar cinayətkar rejimin yüzlərlə zülmlərindən biridir. Onların hökümətlərinin bünövrəsi qətl və cəlladlıqla düzəlib. Onlardan başqa bir şey gözləməyin də yeri yoxdur. Təəccüb doğuran İslam dünyasının buna olan reaksiyasıdır. Necə olur ki, bütün bu cinayətlərə səssiz qala bilirlər. Ey İslam cəmiyyəti! Özünüzə gəlməyin vaxtı yetişməyibmi? Bu xərçəng şişini hər növ vasitə ilə durdurmağın zamanı çatmayıbmı? Mənfur sionist rejimini diz üstə otuzdurmağın vaxtı deyilmi? Müsəlman ölkələri onlarla əlaqələri kəsməli, onların məhsullarını baykot etməlidirlər. İslam ümmətinin vəzifəsi Fələstinə dəstək olmaqdır. Elə bir dəstək ki, İsrail rejimi istədiyi zaman onlara hücum edə bilməsin.”

Ayətullah Kermani İsrail və Fələstin arasında imzalanan atəşkəs barədə söz açaraq, “Bu hiylə Fələstin xalqının yerdə qalmış cənazələrini yığmaq üçün qurulub. Atəşkəs muhasirənin aradan qaldırmaqla olmalıdır. Misir, xəcalət çək və bağladığın qapıları aç! Görünür ki, Allah möhlət verir. Mütəal Allah Kərbəla cinəyətkarlarına da möhlət verdi, lakin Allah diridir və zalımlar intiqam gününü gözləsinlər! İsrail bilməlidir ki, bəşəriyyətin vicdanı bir həddə qədər dözəcək. Vicdanların oyanacağı zaman bu rejimin məhv olacağı zamandır. Haqq və batilin mübarizəsi yaradılışdan bəri vardır. Allah möhlət versə də, gözəl aqibət təqvalılarındır. Bu məsələdə həm Qəzza xalqı, həm də İslam ümməti imtahan olur. Fələstin xalqının qazanacağı qələbə öz məktəblərinin qələbələridir. Fələstin məktəbi Allahın köməkliyi ilə bu rejimə qalib gələcəkdir. Onlar bu hiylə zamanında möhkəm dayansınlar. Bir daha qeyd edirəm, atəşkəs zamanı mühasirə mütləq aradan getməlidir. Allahın iznilə İsrailin burnu torpağa sürtüləcək.” - deyə əlavə edib.

islamazeri.az
Müəllif: Admin | 1-08-2014, 23:07
Baxılıb: 375
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.