İsrail rejiminin döyüş təyyarələri və tankları Qəzzanı bombaladı
Müəllif: Admin
Tarix: 17-05-2018, 14:34
Bölmə: Xəbərlər
İsrail rejiminin döyüş təyyarələri və tankları Qəzzanı bombaladı
Mayın 17-si İsrail rejiminin döyüş təyyarələri HƏMAS-ın silahlı qanadı olan İzzəddin Əl-Qəssam briqadalarına aid Qəzzanın şimal və qərbindəki iki hərbi ərazini bombalayıb.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, Fələstin təhlükəsizlik mənbəyindən əldə olunan məlumata görə, İsrail rejiminin döyüş təyyarələri Qəzzanın şimalındakı Beyt Lahya mahalının qərbində yerləşən Əl-Qəssam briqadalarına aid bir hərbi ərazini 4 raketlə atəşə tutub.

Eyni mənbə, İsrail rejimi döyüş təyyarələrinin Qəzzanın qərbində HƏMAS-a aid digər bir ərazini hədəfə aldığını bildirib.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamada isə, ilk hücum vaxtı bir fələstinlinin ayağından yaralandığı qeyd olunub.

Sionist İsrail rejimi mayın 16-sı Qəzzanın şərqində müqavimət qüvvələrinə aid iki müşahidə məntəqəsinə tanklardan hücum edib.

Palinfo müxbirinin verdiyi məlumata görə, İsrail rejiminin qüvvələri Qəzzanın Cibaliya qaçqın şəhərciyinin və Şucaiyyə məhəlləsinin şərqində yerləşən müqavimət qüvvələrinə məxsus iki müşahidə məntəqəsinə hücum edib.

Hücumun edildiyi yerlərdə böyük miqyasda maddi zərərin yarandığı və bölgədəki vətəndaşların da ərazilərində dağıntılar yaratdığı bildirilib.


Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031