Amerika İranla yeni nüvə sazişi üçün vasitəçi axtarışındadır
Müəllif: Admin
Tarix: 11-05-2018, 10:03
Bölmə: Xəbərlər
Amerika İranla yeni nüvə sazişi üçün vasitəçi axtarışındadır
İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ İranı nüvə silahlarının inkişafı və Yaxşın Şərqdəki hərbi əmliyyatlarına dair yeni müzakirələrə cəlb etmək üçün müttəfiq dəstəyi axtarır.

Dövlət katibi Mayk Popeo Avropa, Yaxın Şərq və Asiyadakı müttəfiqləri ilə İrana təsir məsələsini müzakirə etməyə hazırlaşır.

Bir gün əvvəl müdafiə naziri Cim Mattis Konqresdəki dinləmələr zamanı bildirib ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə İranın heç vaxt nüvə silahı istehsal etməsinə yol verilmədiyində əmin olmalıdır.

Dövlət Departamentinin rəsmilərinə istinadən bildirilir ki, Britaniya, Almaniya və Fransa ilə müzakirələrə başlanılıb. Bu ölkələr İranla sazişi imzalayanlar arasındadır.

Donald Tramp İndiana ştatında tərəfdarları qarşısında çıxış edərkən deyib: "Ümid edirəm ki, onlarla saziş bağlamaq mümkün olacaq. Yeni razılıq onlar üçün yaxşı, düzgün sövdələşmə olacaq. Amma biz imkan verə bilmərik ki, onlar nüvə silahı əldə etsin.

Biz bu obyekti yoxlamaq və obyektə düşmək iqtidarında olmalıyıq. Biz onların hərbi bazasına düşmək iqtidarında olmalıyıq ki, sadəcə hər ehtimala qarşı görək ki, bizi aldatmaqla məşğul olurlar, ya yox."
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031