İsrail rejimi təşvişdə - İran cavab zərbəsinə hazırlaşır
Müəllif: Admin
Tarix: 16-04-2018, 22:37
Bölmə: Xəbərlər
İsrail rejimi təşvişdə - İran cavab zərbəsinə hazırlaşır
Livanın Hizbullah hərəkatına yaxınlığı ilə tanınan “Al Akhbar” qəzeti İsrail rejiminin Suriyada bir həftə əvvəl keçirdiyi və İran ordusundan məsləhətçilərin şəhid olduğu hücuma Tehran hökumətinin cavab verəcəyini yazıb.

Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, qəzetin baş redaktoru İbrahim Əl-Amin İranın cavab tədbirləri üçün çox gözləməyəcəyini, Fələstin və ətrafında İsrail rejiminə qarşı bir əməliyyat keçiriləcəyini bildirib.

İbrahim Əl-Amin, həmçinin İranın hər hansı bir müttəfiqə ehtiyac duymadan bunu təkbaşına edəcəyini və bunu etməsini də gizlətməyəcəyini vurğulayıb.

Bu arada, İsrail rejiminin ordusunun radiosuna danışan İsrail rejiminin Mossad Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Danni Yatom, İrandan gələ biləcək bütün mümkün hücumlara qarşı hazırlıqlı olmağın zəruriliyini vurğulayıb.

İsrail rejiminin İranla bir münaqişə yolunda olduğunu qeyd edən edən Yatom, bunun birbaşa qarşıdurmaya çevrilməyəcəyinə ümid etdiyini bildirib.

Danni Yatom İsrail rejiminin İran hədəflərinə hücum etmək və vətəndaşlarını öldürməkdə ittiham olunduğunu deyərək, İranın İsrail rejiminə qarşı gördüyü təhdidləri ciddi qəbul etməli olduqlarını bildirib. O, Qolan təpələrində yerli bir hadisənin qızışdırılmasından narahat olduğunu qeyd edib.

Yatom keçən həftə İsrail rejiminin ordusu tərəfindən işğal olunmuş ərazilərdə vurulan İrana məxsus PUA-nın İran ərazisində vurulan Amerika PUA-sının oxşarı olduğunu bildirib.

Digər tərəfdən, sionist İsrail rejiminin ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya qarşı hücumundan sonra işğal etdiyi Qolan təpələrinin hava məkanını bağladığı bildirilib.

Yediot Ahronot qəzetinin xəbərinə görə, İsrail rejimi Qolan təpələri üzərindən 5 min futdan aşağı uçuşlara icazə verməməklə bağlı qərarı verib.

Qəzet Qolan təpələri hava məkanının aprel ayının sonuna qədər bağlı olacağını da bildirib.

Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031