Pakistanda şiələr oturaq aksiya keçirir
Müəllif: Admin
Tarix: 4-04-2018, 11:09
Bölmə: Xəbərlər
Pakistanda şiələr oturaq aksiya keçirir
Pakistanın Bəluçistan əyalətinin Kvetta şəhərində Ələmdar xiyabanında “Terrora son” tələbi ilə oturaq aksiya keçirilir.

Maide.Az xəbər verir ki, aksiya son günlər Kvetta şəhərində daha iki Əhli-beyt (ə) tərəfdarının öldürülməsindən sonra başlayıb.

Şəhərdə yaşayan şiələr Əhli-beyt (ə) ardıcıllarına qarşı törədilən terrorun dayandırılmasını və bu cinayətləri törədən şəxslərin cəzalandırılmasını hökumətdən tələb edir.

Qeyd edək ki, bazar günü təkfirçi terror qruplaşma üzvləri Qədəharlılar bazarında Nəzar Hüseyn və Gül Hüseyn adlı iki şiəni odlu silahla şəhid edib.

Xatırladaq ki, son aylar ərzində Kvetta şəhərində şiələrə qarşı bu cür silahlı hücumlar geniş vüsət alıb.
Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031