Səudiyyə rejiminin Yəməndə həyata keçirdiyi hava hücumunda xeyli sayda uşaq öldü
Müəllif: Admin
Tarix: 3-04-2018, 22:34
Bölmə: Xəbərlər
Səudiyyə rejiminin Yəməndə həyata keçirdiyi hava hücumunda xeyli sayda uşaq öldü
BMT Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin aprelin 2-si Yəmənin Hudeyda əyalətinə qarşı reallaşdırdığı hava hücumunda xeyli sayda uşağın həlak olduğunu açıqlayıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, UNİCEF Hudeydadakı hücumu ölkədə son illər uşaqlara qarşı edilən ən ölümcül hücumlardan biri kimi qiymətləndirib: “BMT Hudeyda liman şəhərindəki hücumda xeyli sayda uşağın həlak olduğunu təsdiqlədi. Ölən və yaralananların hələ də dağıntılar altından çıxarıldığını və bir çox uşağın yoxa çıxdığı bildirilib”.

Reuters E.Hadi məhəlləsində baş verən hücumda 7 nəfər uşaq olmaqla 12 nəfərin öldüyünü qeyd etsə də, AFP-yə açıqlama verən bir təhlükəsizlik mənbəyi Ənsarullah qüvvələrinin toplaşdığı binanın vurulması nəticəsində 16 nəfərin öldüyünü qeyd edib.

Reuters-ə açıqlama verən səhiyyə rəsmiləri və hadisə şahidləri isə, ölən 12 nəfərin yeni ailənin üzvləri olduğunu söyləyiblər.

Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya isə, bu xəbərləri araşdırdıqlarını açıqlayıb.

Ənsarullah hətəkatı isə, bu hücuma cavab olaraq, Səudiyyə rejiminə qarşı ballistik raketlə zərbə endirdiklərini açıqlayıb.
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031