Myanma hökuməti müsəlmanların yenicə təmir etdiyi məscidi dağıtdı
Müəllif: Admin
Tarix: 10-03-2018, 21:54
Bölmə: Xəbərlər
Myanma hökuməti müsəlmanların yenicə təmir etdiyi məscidi dağıtdı
Myanmanın Arakan bölgəsində yenicə təmir edilmiş məscid hökumət rəsmilərinin göstərişi ilə dağıdılıb.

Maide.az "İQNA"ya istinadən xəbər verir ki, hadisə Mumbaya şəhərinin Sambili kəndində baş verib.

Məlumat üçün bildirək ki, məscid 2012-ci ildə müsəlmanlara qarşı kütləvi işgəncələr zamanı radikal buddistlər tərəfindən yandırılmışdı. Məscid daha sonra müsəlman əhalinin yığdığı ianə ilə təmir edilmişdi.

Qeyd edək ki, Myanmada ifratçı buddistlər müsəlmanlara qarşı müxtəlif vaxtlarda kütləvi qırğınlar törədir.

Xatırladaq ki, ötən il avqustun 25-dən etibarən Myanmada zülm və işgəncələr səbəbindən 690 min müsəlman Banqladeşə sığınıb. 350-yə yaxın isə müsəlman kəndi yandırılıb.

Birləşmiş Millətlər Təşkilatı və Sərhədsiz Həkimlər Təşkilatının məlumatına görə, ordu və ifratçı buddistlərin hücumları nəticəsində 9 min müsəlman öldürülüb.

1970-ci illərdə Arakanda təxminən 2 milyon müsəlman yaşayırdı, lakin ifratçı buddistlrəin və Myanma ordusunun sistematik hücumlardan canlarını qurtarmaq bu rəqəm 350 mindən aşağı düşüb.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930