İraqlı hərəkat lideri Səudiyyənin səfər dəvətini qəbul etmək üçün şərtlərini açıqladı
Müəllif: Admin
Tarix: 14-02-2018, 22:11
Bölmə: Xəbərlər
İraqlı hərəkat lideri Səudiyyənin səfər dəvətini qəbul etmək üçün şərtlərini açıqladı
Səudiyyə Ərəbistanı İraqın “Milli Hikmət” hərəkatının rəhbəri Seyid Əmmar Həkimi yenidən bu ölkəyə dəvət edib.

Bundan əvvəl Müqtəda Sədri Ərəbistana dəvət edən ölkə rəhbərliyi Seyid Əmmar Həkimə yenidən dəvət göndərib. Birinci dəvət zamanı Əmmar əl-Həkim Səudiyyənin Bəhreyndən çıxması, şiə alimlərin azadlığı haqqında şərtlər irəli sürmüşdü.

İkinci dəvət isə bir neçə ay əvvəl Bağdadda Səudiyyə Ərəbistanının səfiri Əbdüləziz əş-Şumməri tərəfindən edilib. Seyid Əmmar Həkim bu səfərin baş tutması üçün Səudiyyə Ərəbistanının səfirinə bir neçə şərt açıqlayıb.

Seyid Əmmar Həkim bildirib ki, bu səfər üçün Səudiyyə Ərəbistanı İraqdakı hökuməti və siyasi prosesləri dəstəkləməli, səfər zamanı Səudiyyədəki şiələrlə görüşü təmin etməli, Bəhreyn şiələrinin lideri Şeyx İsa Qasimin ev dustaqlığından çıxarılmalı və “Əl-Vifaq" cəmiyyətinin sədri Şeyx Əli Salmanın vəziyyətinə aydınlıq gətirilməlidir.

Səudiyyə Ərəbistanının Bağdaddakı səfiri bu şərtləri rəsmi ər-Riyada çatdıracağını deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının İŞİD terror təşkilatını dəstəkləməsi İraqda Səddam tərəfdarları olan BƏƏS-çilərə yardım etməsi və son olaraq Yəmənə müdaxilə etməsinə baxmayaraq, İraq rəsmilərinin bu ölkəyə səfəri yerli əhali arasında birmənalı qarşılanmır.
Mənbə: http://eastnews.org/
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031