İŞİD başçısı şəkər xəstəliyinə yoluxub
Müəllif: Admin
Tarix: 13-02-2018, 22:04
Bölmə: Xəbərlər
İŞİD başçısı şəkər xəstəliyinə yoluxub
İslamazeri.com-un İraq mediasına istinadən verdiyi xəbərə əsaən, İŞİD terror təşkilatının başçısı Əbu Bəkr əl-Bağdadi ağır yaralanıb və hazırda Suriya ərazisindəki səhra hospitallarından birində gizlənir.

Bu haqda İraq DİN-in Kəşfiyyat İdarəsi və Narkotiklərlə Mübarizə İdarəsinin direktoru Əbu Əli əl-Bəsri növbəti açıqlamasında deyib.

Qeyd edilir ki, İŞİD-çilərin lideri müstəqil şəkildə hərəkət edə bilmir və "son günlərini yaşayır". O, aldığı yaralardan və şəkərdən müalicə alır. Xatırladaq ki, əvvəllər KİV-lərdə İŞİD terrorçularının başçısının yaralanması və hətta məhv edilməsi haqda dəfələrlə xəbərlər gedib.

Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930