“GÜRCÜSTANDA DİNİ TOLERANTLIQ” MÖVZUSUNDA DİNLƏRARASI KONFRANS KEÇİRİLDİ
Müəllif: Admin
Tarix: 15-11-2017, 21:54
Bölmə: Xəbərlər
“GÜRCÜSTANDA DİNİ TOLERANTLIQ” MÖVZUSUNDA DİNLƏRARASI KONFRANS KEÇİRİLDİ
Ahlibeyt.ge xəbər verir ki, bu gün Tbilisidə yerləşən "Courtyard Marriott" mehmanxanasının konfrans salonunda Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə "Sülh və barış üçün dinlərarası dialoq" başlıqda 2-ci konfrans keçirildi. Beynəlxalq tolerantlıq günündə keçirilən bu günkü konfransın mövzusu "Gürcüstanda dini tolerantlıq" idi.

Konfransda dini liderlərlər, din xadimləri, alimlər, parlament üzvləri, hökumət rəsmiləri və diplomatik korpusun nümayəndələri iştirak etdi.

İlk öncə konfransın təşkilatçısı Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxış etdi. O, Gürcüstandakı bütün dini icmaların dostluq və sülh şəraitində fəaliyyət göstərdiyini vurğulayaraq dini icmalar arasında heç bir ciddi qarşıdurma və ya problem olmadığını, ölkədə tolerantlığın inkişaf etdiyini, Gürcüstan dövlətinin ənənəvi dinlərin normal və bərabər fəaliyyət göstərmələri üçün hər cür şərait yaratdığını qeyd etdi.

Sonra dövlət rəsmiləri, dini icmaların nümayəndələri və bir sıra elm adamlarından ibarət çıxış edənlər dinlərin tolerantlığa baxışını, dinlərin barış və dostluğa dəvətini və dözümlülük ruhunun əhəmiyyəti və ölkədəki dinlərin vəziyyəti haqqında danışdılar.


“GÜRCÜSTANDA DİNİ TOLERANTLIQ” MÖVZUSUNDA DİNLƏRARASI KONFRANS KEÇİRİLDİ
“GÜRCÜSTANDA DİNİ TOLERANTLIQ” MÖVZUSUNDA DİNLƏRARASI KONFRANS KEÇİRİLDİ
“GÜRCÜSTANDA DİNİ TOLERANTLIQ” MÖVZUSUNDA DİNLƏRARASI KONFRANS KEÇİRİLDİ


Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31