2018-ci ildə də yüngül minik avtomobilləri texniki baxışdan keçməyə bilər
Müəllif: Admin
Tarix: 15-11-2017, 13:45
Bölmə: Xəbərlər
2018-ci ildə də yüngül minik avtomobilləri texniki baxışdan keçməyə bilər
“Yol Hərəkəti Haqqında” Qanundan 2018-ci ildə Gürcüstanda ümumi nəqliyyat vasitələrinin yoxlanılmasını nəzərdə tutan bir maddənin çıxarılması planlaşdırılır. Bu proseduraya yüngül minik avtomobilləri də daxil edilməlidir. GAXA-nın Tiflis müxbirinin gürcü mətbuatına istinadən məlumatına görə, bu sözləri İqtisadiyyat Nazirliyinin nəqliyyat və logistika depertamentinin müdiri Ketevan Salukvadze bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə keçiriləcək texniki baxış yalnız 8 yerlik sərnişin daşıyan və 3 tondan artıq çəkidə olan yük avtomobillərinə aid olacaq:
“Bu nəqliyyat vasitələri indi də texniki baxışdan keçir. Diqqətə almaq lazımdır ki, havanın çirklənməsi belə maşınların sayəsində baş verir. İndi belə avtomobillərin texniki baxışı yeni standartlara və avrotənzimləmə normalarına uyğun olaraq, daha ətraflı həyata keçiriləcək, – departament rəhbəri bildirib.

K. Salukvadzenin sözlərinə görə, bu, o demək deyil ki, yaxın illərdə ümumiyyətlə, ümumi texniki baxış keçirilməyəcək:
“Ümumi texniki baxış 2 il müddətində istisna olmadan bütün avtomobillərə aid olacaq və bu müddətdə texniki baxış mərhələli şəkildə həyata keçiriləcək. Yaxın zamanlarda texniki baxışın bütün detalları açıqlanacaq,” K. Salukvadze qeyd edib.

Onun sözlərinə görə, qanun parlamentdə qəbul olunduqdan sonra hökumətə təqdim olunacaq və o nəqliyyat vasitələrini yoxlayan texniki mərkəzlərin standartlarını müəyyənləşdirəcək.

www.gaxa.ge
Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031