Yaponiyada robot “ruhani” işə başladı
Müəllif: Admin
Tarix: 15-11-2017, 13:43
Bölmə: Xəbərlər
Yaponiyada robot “ruhani” işə başladı
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Yaponiyada ilk dəfə olaraq, din xadimi kimi fəaliyyət göstərə bilən robot-humanoid istifadəyə verilib. Bildirilir ki, robotun qurucusu Yaponiyada dini mərasimlə məşğul olan şirkətlərdən biridir.

Robot buddist dininə əsasən dəfn mərasiminə aid ibadətləri, xüsusən də, dəfn zamanı “sutralar” oxuya və qonq çala bilir.

Elektron “rahibin” xidmətlərinin üstünlüyü isə onun sərfəli olmasındadır: əgər Yaponiyada canlı rahibin çağırılması, ortalama, 2200 dollara başa gəlirsə, robot bütün bu xidmətləri cəmi 450 dollara edir.

Qeyd etmək lazımdır ki, bu, Şərqi Asiya ölkələrindəki ilk robot din xadimi deyil. Belə ki, 2016-cı ildə Çində yerləşən Luntsyüan hərəmində robot-rahib işə başlamışdı. O, yapon həmkarından daha az iş görə bilir: o, mantralar oxuya bilir və “xoşbəxtliyin mümkün qədər çox insana əl tutmaqdan ibarət olduğunu” deyə bilir.

Oxşar xəbərlər
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728