“İsraillə müharibə etmək caiz deyil, Həmas terror təşkilatıdır” - Vəhhabi şeyxi
Müəllif: Admin
Tarix: 15-11-2017, 13:41
Bölmə: Xəbərlər
“İsraillə müharibə etmək caiz deyil, Həmas terror təşkilatıdır” - Vəhhabi şeyxi
Səudiyyə Ərəbistanının müftisi və Üləma Heyətinin rəhbəri Əbdüləziz Ali Şeyx qalmaqallı fətva verib.
İslaminSesi.info Anadolu Ajansı-na istnadla xəbər verir ki, Əbdüləziz Ali Şeyx, verdiyi fətvada sionist İsrail ilə müharibə etməyin caiz olmadığını bildirib və Fələstinin HAMAS islami müqavimət hərəkatını terror təşkilatı elan edib.

1999-cu ildən Səudiyyənin ali müftisi olan Əbdüləziz Ali Şeyx, iyul ayında yerli televiziya kanalında qatıldığı proqrama telefonla bağlanan tamaşaçının Məscidül-Əqsada baş verən hadisələrlə bağlı sualına verdiyi cavabda, "İsrailə qarşı müharibə etmək caiz deyil, Həmas terror təşkilatıdır və Hizbullaha qarşı İsrail ordusu ilə əməkdaşlıq edilə bilər", - deyə bildirib.

Əbdüləziz Ali Şeyxin bu fətvasına görə, sionist İsrail rejiminin rabitə naziri Əyyub Kara ona təbrik mesajı göndərib və İsrailə dəvət edib. Druz əsilli Kara Twitter hesabında belə yazıb:

'İsrail'le savaşmak caiz değil' fetvası veren Suudi müftüye İsrail'den tebrik

"Səudiyyə Ərəbistanı müftisi və Üləma Heyətinin rəhbəri Əbdüləziz Ali Şeyxi yəhudilərə qarşı döyüşməyi və onları öldürməyi qadağan edən fətvaya görə təbrik edirik. Ali Şeyx, Həmasın terror təşkilatı olduğunu və Fələstinlilərə zərər verdiyini, Əqsada keçirilən aksiyaların demaqoq olduğunu və İsrail ordusu ilə Hizbullahı yox etmək üçün əməkdaşlıq edilə bilinəcəyini deyib. Mən müftini İsraili ziyarət etməyə dəvət edirəm; Yüksək səviyyəli hörmətlə qarşılanacaqdır."

Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31