Ayətullah Xamenei iraqlılara təşəkkür edib
Müəllif: Admin
Tarix: 13-11-2017, 14:53
Bölmə: Xəbərlər
Ayətullah Xamenei iraqlılara təşəkkür edib
“Bu əzəmətli hərəkətin baş tutmasını təmin edən və onun keçirilməsi vasitələrini hazırlayan İraq dövlətinə və eləcə də ixlasla və şövqlə Əba-Əbdullah Hüseynin zəvvarlarına xidmət göstərən iraqlılara təşəkkür edirəm. Səmimi qəlbdən təşəkkür edirəm İraqın mübariz gəncləri və Haşdu-Şabi qüvvələrinə kimi bu yürüşün təhlükəsizliyini təmin etdilər. Həmçinin təşəkkür edirəm, Hərəmlərin İdarəsinə. Allahdan onlara bərəkət diləyirəm”
İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki bunu İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

Bu gün Qum və Şərqi-Azərbaycan əyalətinin rəsmiləri və mədəni işlər üzrə fəallarını qəbul edən Ali lider baş verən zəlzələyə görə iranlılar və iraqlılara baş sağlığı verib.

Ali lider söhbətinin əsas hissəsində Ərbəin mərasimində zəhməti keçənlərə səmimi qəlbdən təşəkkür etdiyini bildirib.

İraqlılara qəlbən təşəkkür etdiyini bildirən Ayətullah Xamenei deyib:

"Terror təhdidlərinə baxmayaraq, dünyanın müxtəlif bölgələrindən belə izdihamlı kütlənin hazır olması əzəmətli bir fenomen, Allah yolunda mübarizə təfəkkürünün yüksəlməsi, ümumi hazırlığın göstəricisidir.”

Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31