İraq Kürdüstanından son xəbərlər
Müəllif: Admin
Tarix: 17-10-2017, 21:08
Bölmə: Xəbərlər
İraq Kürdüstanından son xəbərlər
İslamazeri.com xəbər verir ki, İraq ordusuna bağlı "Haşdi Şabi" konüllü briqadasının bir batalyonu İraq Kürdüstanının nəzarətində olan Sincar şəhərinə daxil olub. "Rudav" telekanalı (kürd tv) məlumat verir ki, hadisə zamanı hər hansı itki və qarşıdurma yaşanmayıb. Separatçı Kürdüstan rejiminə bağlı polis isə bunu görən kimi mərkəzə çəkilib.

Digər rus dilli kürd saytları isə "Haşdi Şabi"nin Kərkükü Bərzani separatçı rejiminin xilas etmək üçün əməliyyat keçirməsini başqa yöndə yayımlamaqdadırlar. Belə ki, rus dilli kürd mediası Kərkükün əhalisinin oradan köç edərək Ərbilə qaçdıqlarını yazır. Həmçinin məlumat verilir ki, Talabaniyə bağlı kürd könüllüləri də Kərkükdə "Haşdi Şabi" ilə döyüşmədiyinə görə, Kərkük İraq ordusu və könüllülərinin nəzarəti altına keçib.

Məsud Heydər adlı kürd deputat isə Talabaninin partiyası (sabiq İraq prezidentinin oğlu) isə "Haşdi Şabi" arasında razılığı əks etdirən sənəd paylaşaraq onu satqınlıqda ittiham edir.

Məlumata görə P.Talabani aşağıdakı 9 bəndli sənədə imza atıb:

1. Müqavimətsiz kürd döyüşçülərin əlində olan ərazilər İraq Ordusuna təhvil verilməlidir.

2. Kərkük əyalətinin 17 inzibati ərazisi İraq hökümətinə təhvil verilir, əks halda İraq höküməti bütün inzibati əraziləri tələb edəcək.

3. Altı aylıq Kərkükdə vahid idarəetmə tətbiq olunacaq. Belə ki, 15 rayon kürdlər tərəfindən, 25 rayon isə öz icra nümayəndəsini özləri seçəcəklər.

4. Kürdlər Kərkükün strateji obyekt və bölgələrini (hava limanı və neft yataqları kimi) İraq hökümətinə təhvil verməlidir.

5. Süleymaniyyə hava limanını beynəlxalq uçuşlar üçün fəaliyyətini bərpa etmək.

6. İraq höküməti Süleymaniyyə və Kərkükün dövlət işçilərinin maaşlarını özü təmin edəcək.

7. Rəsmi Bağdad Talabaninin imzası ilə peşmərgənin maaşını təmin edəcək (Talabaniyə bağlı).

8. Hələbçə, Süleymaniyyə və Kərkükdən ibarət olan reqion yaradılması.

9. Bu reqion üçün yeni hökümət yaratmaq.

Bu arada İraq Ordusu silahı yerə qoyan və İraqın bütünlüyünü qoruyan kürd xalqına təşəkkür edib. Qeyd edək ki, kürd könüllülərinin yarısı silahı yerə qoyduğu qeyd edilir.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930