Raqqa İŞİD-dən tam azad edildi - RƏSMİ
Müəllif: Admin
Tarix: 17-10-2017, 21:07
Bölmə: Xəbərlər
Raqqa İŞİD-dən tam azad edildi - RƏSMİ
Ərəb və kürd döyüşçülərdən təşkil olunmuş “Suriya Demokratik Qüvvələri” (SDF) ABŞ ordusunun dəstəyi ilə Suriyanın Raqqa şəhərini İŞİD terrorçularından tam azad ediblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın rəsmi nümayəndəsi Talyal Selu açıqlama verib.

Onun sözlərinə görə, hazırda şəhərin minalardan təmizlənməsi prosesi gedir. Talyal razılşama əsasında 275 İŞİD üzvünün ailələri ilə birlikdə şəhəri tərk etdiyini deyib.

Raqqa 2013-cü ildən İŞİD-in paytaxtı sayılırdı.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930