Gürcüstan Avropa İttifaqı ilə təhlükəsizlik üzrə strateji dialoqa başlayır
Müəllif: Admin
Tarix: 12-10-2017, 16:05
Bölmə: Xəbərlər
Gürcüstan Avropa İttifaqı ilə təhlükəsizlik üzrə strateji dialoqa başlayır
Gürcüstan Avropa təhlükəsizlik sisteminin ən vacib komponentlərindən biridir”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib.

“Gürcüstan və Avropa İttifaqı arasında təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli strateji dialoqun başlaması çox vacib nailiyyətdir. Əlbəttə bu, böyük şərəf və eyni zamanda məsuliyyətdir. Aİ ilə dialoq regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsində Gürcüstanın rolunu sübut edir”, - deyə hökumət başçısı söyləyib.

G. Kvirikaşvilinin sözlərinə görə, dialoqun ən vacib hissəsi Rusiya-Gürcüstan münaqişəsi və onun sülh yolu ilə həlli məsələsi olacaq: “Həmçinin terrorizm, radikalizm, ekstremizm, mütəşəkkil cinayətkarlığa qarşı koordinasiya edilmiş mübarizə əhəmiyyətli məsələlərdəndir. Strateji dialoq formatı Aİ-nin təhlükəsizlik və müdafiə sistemi və strukturları ilə maksimum uyğunluğa nail olmağa kömək edəcək”.

Qeyd edək ki, Gürcüstanla Aİ arasında təhlükəsizlik məsələlərinə dair strateji dialoqla bağlı ilk görüş bu gün Tbilisidə keçiriləcək.
Oxşar xəbərlər
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031