Gürcüstan prezidenti Konstitusiya düzəlişlərinə veto qoyub
Müəllif: Admin
Tarix: 12-10-2017, 16:01
Bölmə: Xəbərlər
Gürcüstan prezidenti Konstitusiya düzəlişlərinə veto qoyub
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Konstitusiyaya düzəlişlər barədə qanuna veto qoyub. Bu barədə prezident keçirdiyi xüsusi brifinqdə bildirib. O, Konstitusiyaya düzəlişlər barədə qanun layihəsini qeydlərlə parlamentə göndərib.

Xatırladaq ki, Gürcüstan parlamenti sentyabrın 26-da 117 səslə ölkə Konstitusiyasına düzəlişləri qəbul edib. Əsas düzəlişlər parlament seçkiləri və prezidentin seçilməsi proseduru ilə bağlıdır. Dəyişikliklərə əsasən deputatların proporsional seçki sistemi ilə, prezidentin isə birbaşa deyil, 300 üzvü olacaq xüsusi seçki kollegiyası tərəfindən seçilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031