Ərbəinə sənədlərində bu problemlə yollanan zəvvarları 3 il həbs gözləyir
Müəllif: Admin
Tarix: 12-10-2017, 15:52
Bölmə: Xəbərlər
Ərbəinə sənədlərində bu problemlə yollanan zəvvarları 3 il həbs gözləyir
“Viza və pasportda keçidi möhürü olmadan İraqa girən zəvvarları 3 il həbs cəzası gözləyir”
İslaminSesi.info TasnimNews-a istinadla xəbər verir ki, bu barədə İranın İraqdakı Konsulluğu məlumat verib.

Daha çox bu ölkədən İraqa Kərbəla ziyarətinə zəvvarların yollandığına görə İran konsulluğu xəbərdarlıq edib. İraqa gedən bütün əcnəbi vətəndaşlara şamil ola biləcək xəbərdarlıqda deyilir ki, nəinki pasport və viza, hətta keçid möhürü olmayan zəvvar da 3 il həbsə məhkum ediləcək.

Bildirilib ki, belə edən zəvvara 3 il minimum cəzadır.

İranın Kərbəladakı konsulu MirMəsud Hüseyniyan əlavə edib ki, vizasının müddəti bitmiş və İraq ərazisində qalmış şəxs birinci gün üçün 30, qalan hər günü üçün 10 dollar cərimə ödəyəcək.

O həmçinin əlavə edib ki, yaxşı olar ki zəvvarlar yolda tanımadığı şəxslərdən hədiyyə götürməsinlər və İraqda həssas dövlət obyektlərinin fotolarını çəkməsinlər. MirMəsud Hüseyniyan tövsiyə edib ki, fiziki baxımdan zəif olanlar bu ziyarətə qatılmasınlar.

Ötən il İraq sərhəd xidməti quru sərhədlərindən minlərlə vizasız insanı geri qaytarmışdı. Ötən il müctəhidlər də vizasız ziyarətə getməyin və ya qeyri-qanuni yolla Kərbəla ziyarətinə getməyin haram olduğunu bildirmişdilər.

Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031