Ayətullah Cəfər Sübhani: “Müasir tibbi inkar etmək əsla doğru deyil”
Müəllif: Admin
Tarix: 12-10-2017, 15:47
Bölmə: Xəbərlər
Ayətullah Cəfər Sübhani: “Müasir tibbi inkar etmək əsla doğru deyil”
Ayətullah Cəfər Sübhani müasir tibb haqqında edilən bəzi yanlış şərhləri tənqid edib.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Qum Tibb Elmləri Universitetinin rektoru doktor İraniyi qəbul edən Ayətullah Cəfər Sübhani, görüşdə belə danışıb: “Bu gün qəzetlərdə oxudum. Xərçəng və dializ xəstələrinin müalicələri pulsuz edilir. Bu çox mühüm və qiymətli bir hadisədir. Buna görə də Səhiyyə Nazirliyinə bu dəyərli xidmətinə görə təşəkkür etmək lazımdır. Müasir təbabəti rədd etmək bilik və elmi rədd etməkdir ki, bu da son dərəcə yanlışdır. Müasir təbabətin kökü nə Amerikadır, nə də başqa bir ölkə.

Bu elm İslamdan əvvəl də var idi. Müsəlman təbiblər onu alıb inkişaf etdirdilər və qərb dünyası onu bir az da inkişaf etdirdi. Buna görə də müasir tibbin əvəzinə ənənəvi təbabəti alternativ kimi təqdim etmək doğru deyil. Bəzi insanların peyvəndə qarşı çıxdığını eşidəndə çox narahat oluram. Onun üçün mən fətva vermişəm və peyvənd etdirməyin şəri olaraq vacib olduğunu qeyd etmişəm. Çünki həyatımız ona bağlıdır. Mən kitabımda da yazmışam: “Dünyadakı ağıl sahiblərinin üzərində ittifaq etdiyi bir mövzunu müqəddəs İslam dini də təsdiq edir”.

Buna misal kimi peyvənd etdirməyi göstərdim. Bəli, İslam tibbində Xacə Nəsrəddin Tusi və İbn Sina kimi şəxsiyyətlərin bəzi bitkilərin faydaları ilə bağlı qeyd etdiyi məqamlar çox qiymətlidir. Onları tətbiq etməkdə də bir zərəri yoxdur. Amma bunlara sarılıb müasir təbabəti tamamilə qəbul etməmək əsla doğru deyil”.

Deyerler.Org
Oxşar xəbərlər
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031