Nəcəf əyalətində Ərbəin zəvvarları bu məkanlarda istirahət edə biləcək
Müəllif: Admin
Tarix: 12-10-2017, 10:25
Bölmə: Xəbərlər
Nəcəf əyalətində Ərbəin zəvvarları bu məkanlarda istirahət edə biləcək
Ötən gün Nəcəf şəhərində İmam Əlinin (ə) hərəminin və Nəcəf əyalətinin məsul şəxslərinin iştirakı ilə Ərbəin zəvvarlarını qarşılamaq məqsədilə hazırlıq işlərinə dair iclas keçirilib.

Maide.Az xəbər verir ki, iclasda Ərbəin zəvvarlarının Nəcəf əyalətində qarşılanması və yerləşdirilməsi ilə bağlı 6 yerin ayrılmasına qərar verilib.

Ərbəin ziyarətinə gedən zəvvarlara İmam Əlinin (ə) hərəminin mərkəzi qonaq evində, hərəmin Həzrət Zəhra (s) adına eyvanında, Əl-Hövli yolunda zəvvarların qonaq evində, Nəcəf – Kərbəla yolunda 96-cı sütunun yaxınlığında yerləşən “Ya Hüseyn” qonaq evi, və İmam Əlinin (ə) hərəminin avtomobil dayanacağının yaxınlığında Mərkəzi Aşpazxanada xidmət göstəriləcək.

Zəvvar üçün adı çəkilən yerlərdə həm yemək və həmdə istirahət üçün şərait yaradılacaq.
Oxşar xəbərlər
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031