İsrail rejimi Fələstin torpaqlarında azanı qadağan etdi
Müəllif: Admin
Tarix: 11-10-2017, 21:32
Bölmə: Xəbərlər
İsrail rejimi Fələstin torpaqlarında azanı qadağan etdi
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, işğalçı İsrail rejimi İordan çayının Qərb sahilində yerləşən kəndlərdən birində azanın səsucaldıcılar vasitəsilə səsləndirilməsini qadağan edib. İsrail rejimi bu addımını “azan səsinin yəhudi-məskənlərinin sakinlərini narahat etməsi” ilə izah edib.

İsrail rejimi ordusunun əsgərləri məlum Ət-Tuvani kəndində reyd keçiriblər və azanın səsucaldanlar vasitəsilə səsləndirilməsini şifahi şəkildə qadağan edib.

Hərbçilər xəbərdarlıq ediblər ki, qadağaya əməl olunmazsa təkrar reyd keçirəcəklər.
Oxşar xəbərlər
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031