ABŞ Hizbullahın iki komandirinin tutulmasına 12 milyon dollar mükafat təyin etdi
Müəllif: Admin
Tarix: 11-10-2017, 21:10
Bölmə: Xəbərlər
ABŞ Hizbullahın iki komandirinin tutulmasına 12 milyon dollar mükafat təyin etdi
ABŞ Livanın Hizbullah hərəkatının iki komandirinin tutulması üçün ümumilikdə 12 milyon dollar mükafat təyin edib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti oktyabrın 10-da verdiyi açıqlamasında, Livanın Hizbullah hərəkatının komandirlərindən Təlal Hamir (7 milyon) və Fuad Şükrün (5 milyon) yerini bildirənə 12 milyon dollar mükafat qoyduqlarını açıqlayıb.

Ağ Evədən verilən bəyanatda, Hizbullah hərəkatının “terror təşkilatı” olduğu iddia edilib.
Xatırladaq ki, ABŞ Livan və Suriyada təkfirçi-vəhhabi İŞİD və Nusra Cəbhəsi kimi terror təşkilatlarına qarşı uğurlu əməliyyatlar təşkil edən Hizbullah hərəkatına qarşı müxtəlif sanksiyalar tətbiq etmişdi. Hizbullah Suriya prezidentinin dəvəti ilə həmin ölkədə terrorçulara qarşı müharibə aparır və Suriya ordusunun müttəfiqidir.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031