İran və İraq razılaşdı: Ərbəin ziyarətinə gediş-gəliş 4 sərhəd-keçid məntəqəsi vasitəsilə baş tutacaq
Müəllif: Admin
Tarix: 11-10-2017, 21:05
Bölmə: Xəbərlər
İran və İraq razılaşdı: Ərbəin ziyarətinə gediş-gəliş 4 sərhəd-keçid məntəqəsi vasitəsilə baş tutacaq
Dünyanın ən böyük toplantısı - ƏRBƏİN yürüşündə iştirak etmək üçün zəvvarlar yalnız 4 sərhəd-keçid məntəqəsi vasitəsilə gediş-gəliş edə bilər. Bunu İranın Ərbəin ziyarətinin təşkili üzrə mərkəzi qərargahın sözçüsü Şəhriyar Heydəri deyib.

Maide.Az xəbər verir ki, Ş.Hüseyni deyib ki, Ərbəin yürüşündə zəvvarların gediş-gəlişi yalnız İlam əyalətində Mehran, Xuzestan əyalətində Şələmçə və Çəzabə və Kirmanşah əyalətində Xosrəvi sərhəd – keçid mətəqələri vasitəsilə həyata keçiriləcək.

O deyib ki, sərhədlərdə sıxlığın qarşısını almaq məqsədilə ölkə ərazisində müxtəlif əyalətlərin sakinləri yaşadıqları coğrafi mövqeyə görə özlərinə yaxın sərhəd-keçid məntəqələrindən gediş-gəliş edə biləcəklər.

Ş.Heydəri qeyd edib ki, Mehran sərhəd-keçid məntəqəsi vasitəsilə yalnız Tehran, Əlborz, Qəzvin, Qum, Mərkəzi, Gilan, Mazandaran, Gülüstan, Lorestan, İlam və Həmədan əyalətlərinin sakinləri gediş-gəliş edə bilər.

Onun sözlərinə görə, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Kürdistan və Kirmanşah əyalətlərinin sakinləri Ərbəin yürüşündə iştirak etmək üçün yalnız Xosrəvi sərhəd-keçid məntəqəsi vasitəsilə gediş-gəliş edə bilər.

O qeyd edib ki, digər əyalətlərin sakinləri isə Çəzabə və Şələmçə sərhəd – keçid məntəqəsi vasitsəilə gediş-gəliş edəcək.

Qeyd edək ki, Ərbəin ziyarəti yaxınlaşdıqca İran-İraq sərhədində də izdiham gedərək artır. Bundan öncə Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran, Şələmçə və Çəzabə sərhəd buraxılış məntəqələrindən gediş-gəliş edə bilirdi.

Xatırladaq ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 9 noyabr tarixinə təsadüf edir.

Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031