Oruc olarkən ağız qoxusunun qarşısının almaq üçün nə edək?
Mьəllif: admin1
Tarix: 14-03-2024, 10:59
Oruc olarkən ağız qoxusunun qarşısının almaq üçün nə edək?
Ramazan ayında insanların vacib oruc tutduğu zaman, təbii olaraq aclıq ilə əlaqədar ağız qoxusunun inkişaf edir.

Bununla əlaqədar Dr. Səlcuq Özbölük, ictimai fəaliyyət ilə məşğul olduğumuz üçün ağız qoxusunu ətrafı narahat etməyəcək şəkildə tədbir görülməsini vacib sayır.

Dr. Səlcuq Özbölük, mübarək Ramazan ayının ruhumuza gətirdiyi gözəlliklər ilə birlikdə, ictimai həyatımızda yaşana biləcək kiçik axsaqlıqların qarşısını almaq üçün bəzi məsləhətlər verib.

1) İftar və obaşdandan sonra, dişləri fırçalamaq lazımdır.

2) Dişlər qədər dil də qoxu mənbəyi hesab olunur. Dişləri fırçaladığınız zaman mütləq dilinizin səthini də fırçalayın.

3) Mübarək Ramazan ayı yay aylarına təsadüf etdiyi üçün soyuq qidaları istehlak etmək istəyirik. Amma fərqinə varmırıq ki, soyuq su ağız qoxusunu artırır. Soyuq qidalardan uzaq duraraq, ilıq qidalar istehlak etməyə çalışmalıyıq.

4) Obaşdanda xüsusilə, qəlyanaltılıq istehlak edildiyi üçün sosiska, kolbasa və sairə ədviyyatlı, sarımsaqlı qidalardan uzaq durmalıyıq.

5) Ramazan ayı boyunca, yemək vərdişləri ilə bağlı olaraq günorta və axşam saatlarında mədə öz suyu ifraz olunur.

Bu da, ağız qoxusu səbəb olur. Bu səbəbə görə günorta və axşam saatlarında ünsiyyətdə olduğunuz kəslər ilə bir az məsafəli şəkildə danışmağınız məsləhətdi.

6) Ətirli orqanik içkilər, xüsusən də yaşıl çay və sairə bitki çayları içməyə çalışın (yenisafak).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031