Almaniyada müsəlmanlara qarşı iyrənc addım
Müəllif: Admin
Tarix: 20-03-2017, 09:41
Bölmə: Xəbərlər
Almaniyada müsəlmanlara qarşı iyrənc addım
Almaniyanın Bremen əyalətinə bağlı Bremerhaven şəhərində məscidə donuz qulağı və ayağı atılıb.

Ötən gün gecə saatlarında Yeni Fateh Məscidinə atılan donuz qulağı və ayağı müsəlmanları şoka salıb.

Minarəsi və günbəzi olan, bu səbəbdən Bremerhaven şəhərində diqqət çəkən məscidə kimlərin və nə üçün belə bir hücum təşkil etdiyi araşdırılır.

Sosial media üzərindən məsələyə münasibət bildirən məscid rəhbərliyi hücumu şiddətli şəkildə qınadıqlarını, polisdən dərhal həmin şəxslərin tutulmasını istədiklərini bildirib./axar/


Oxşar xəbərlər
«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930