ABŞ-da məscidə hücum edib Quranı cırdılar
Müəllif: Admin
Tarix: 18-03-2017, 14:38
Bölmə: Xəbərlər
ABŞ-da məscidə hücum edib Quranı cırdılar
ABC News naməlum bir şəxsin şəkillərini Twitter-də paylaşaraq, Arizona ştatında məscidə hücum edən və Quran səhifələrini cırıb yerə atan şəxsin polis tərəfindən axtarışda olduğunu xəbər verib.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Arizona polisi, məscidə hücum edib Qurani-Kərimi cıran şəxsin şəxsiyyətini müəyyən etməyə çalışır. Polis tərəfindən verilən açıqlamada, hücumun qarət məqsədli olduğu qeyd olunub.

Sosial şəbəkə istifadəçilərindən biri naməlum bir şəxsin yerli vaxtla gecə saat 03:30 radələrində məscidə daxil olaraq, Qurani-Kərimin səhifələrini cırdığını və yerə səpələdiyini bildirib.

Donald Trampın prezident seçilməsindən sonra, indiyə qədər 5 məscidə hücum təşkil olunub.


Oxşar xəbərlər
«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930