İmamcümədən ölkəsinin məmurlarına mesaj: Ən sadə vətəndaş kimi yaşamalısınız
Müəllif: Admin
Tarix: 18-03-2017, 10:57
Bölmə: Xəbərlər
İmamcümədən ölkəsinin məmurlarına mesaj: Ən sadə vətəndaş kimi yaşamalısınız
İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, dünyada fəaliyyət göstərən zalım rejimlərə səslənən imam cümə bildirib: “Mehriban qəlbə ehtiyaclıyıq. Belə olmayan zaman bizdən zülm baş verir. Xalqa zülm edənlərin vay halına! Zülmdən ibarət olan rejimlərin vay halına! Zülmlə idarə olunan hakimiyyət davamlı olmaz!”

Düşməni tanımağın zərurətindən söz açan Ayətullah Kermani “Nüvə razılığı ABŞ-ıa qarşı olan güvənsizlik üçüb daha bir səbəb idi. Bu təcrübə kifayət edir ABŞ hələ də bizim düşmənimizdir. Rəhbərimizin də dediyi kimi, diplomatlarımız da etiraf edir ki, ABŞ verdiyi sözlərə əməl etməyib. 6 aydan sonra sanksiyalar ləğv olunmalı idi. ABŞ bölgə məsələlərində bizimlə müzakirə etmək istəyir. Verdiyi sözlərə əməl etməyən bir dövlətlə müzakirə edərlər?", -deyə qeyd edib.

Ölkə daxili məsələlərə də toxunan imam cümə əlavə edib: “Ölkəmizdə olan işsizlik və daxili istehsal məsələsinin ABŞ-ıa və sanksiyalara aiddiyatı yoxdur. Məmurlar bu barədə iş görsünlər. Dövlət rəsmilərinin həyat tərzi ölkənin ən sadə şəxsləri kimi olmalıdır. Bunu Rəhbərimizdən öyrənək.”

Səud rejiminin İran əleyhinə bildirdiyi fikirlərə münasibət bildirən Ayətullah Kermani deyib: “Səud rejiminin xarici işlər naziri İranı terrora əsas dəstək verənlərdən biri olaraq hesab edir. Bir halda ki, özü Yəməndə qan gölü yaradıb və uşaq öldürmək onların gündəlik işləridir. Quran oxuyurlar, lakin əməldə heç bir təsiri görsənmir. Biz Quranın bəyan etdiyi kimi məzlumu, yəni Yəməni dəstəkləyəcəyik. Bu məmur daha sonra İranı rejimlərini məhv etmək istəməsində ittiham edir. Bir halda ki, onları məhv edən onlar özləridir. Onlara tövsiyəm budur ki, qan axıtmağı və zülmü dayandırsınlar, əks halda məhv olan özləri olacaq. Bu yalnız Ərəbistana aid deyil. Beynəlxalq cameə də bu zülmlərə sakit qalaraq onlara olan güvəni itirdilər.”

Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031