NATO-dan Türkiyəyə ÇAĞIRIŞ
Müəllif: Admin
Tarix: 17-03-2017, 19:30
Bölmə: Xəbərlər
NATO-dan Türkiyəyə ÇAĞIRIŞ
İslamazeri.az "Sözcü"yə istinadən xəbər verir ki, NATO üzvü olmayan lakin alyansla əməkdaşlıq edən Vyana rəhbərliyi Türkiyənin Avrop Birliyi üzvlük müzakirələrinin dayandırılmasını tələb edib və 16 aprel referandumu öncəsi Türkiyə siyasətçilərinin Avstriyada tədbirlərə qatılmasının əleyhinə mövqe nümayiş etdirib.

Türkiyə isə bu mövqeyə qarşı çıxaraq NATO üzvü olaraq Avropa ölkələri tərəfindən NATO çərçivəsində həyata keçirilən "NATO xarici ölkələrlə əməkdaşlıq proqramlarına" veto qoymuşdu.

Danimarkanın paytaxtı Kopenhagenə səfəri zamanı Stoltenberq "Çox bədbin bir vəziyyətdir. Bu bəzi əməkdaşlıq proqramlarının başlaya bilməyəcəyi mənasına gəlir... Onları əməkdaşlıq baxımından mənfi nəticələr verməməsi üçün bu problemin həllinə təşviq edirik", deyib.

NATO tərəfindən üzv olmayan ölkələrlə aparılan əməkdaşlıq proqramları bu ölkələrin alyansa yaxınlaşdırılmasını və siyasi dialoq kanallarının açılmasını nəzərdə tutur. NATO-nun üçüncü ölkələrə yönəlmiş əməkdaşlıq proqramları hərbi təlim verilməsini və bəzi mülki layihələri də özündə birləşdirir.


Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930