Xərçəng şişini qocaltmağın yolu tapılıb
Mьəllif: admin1
Tarix: 28-02-2017, 22:03
Bцlmə: Xəbərlər
Xərçəng şişini qocaltmağın yolu tapılıb
Con Hopkins Universitetinin alimləri xərçəng şişi ilə mübarizə aparmağın yolunu tapıblar. Onlar bədxassəli hüceyrələrin yaşlanmasının qarşısını alan telomeraza fermentinin aktivliyini azaltmaqla buna nail olublar.
Bu barədə universitetin araşdırmasında bildirilir.
Telomerlər xromosomların genləri zədələnmədən qoruyan uc sahədir.
Eksperimentin birinci mərhələsində tədqiqatçılar telomerazanın tənzimlənməsində iştirak edən genlərin axtarışını həyata keçiriblər. İkinci mərhələdə isə müəyyən edilmiş genlər siçanların fibroblastlarına yerləşdirilib. Bu halda hansı DNT-nin telomerin uzanmasına səbəb olduğunu müəyyən edərək müvafiq inhibitorlardan (prosesin hərəkətini dayandıran məhlul - red.) istifadə ediblər.
Bioloqların sözlərinə görə, hazırda bu birləşmələr sümük iliyi xərçənginin, o cümlədən limfoma və çoxsaylı mielomun müalicəsində sınaqdan keçirilir. "Lenta.ru"
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031