Həzrət Zəhraya (s.ə) arif olmaq əməl sayəsində baş tutur – Ayətullah Xamenei
Mьəllif: Ahlibeyt
Tarix: 12-01-2023, 19:42
Həzrət Zəhraya (s.ə) arif olmaq əməl sayəsində baş tutur – Ayətullah Xamenei
“Həzrət Zəhranın hansı uca məqama sahib olmasını bilmək, necə əzəmətli olmasını anlamaq bu məsələ ilə bağlı mərifət əldə etmək kifayət etməz.

Əgər birinin məsələ ilə bağlı mərifəti (arifliyi ) olsa bu yalnız əməl sayəsində əldə edilə bilər.”

Həzrət Fatimeyi-Zəhranın şəhadəti münasibətilə “Qətre əz dərya neşani midəhəd” (Damcı dənizə işarədir) əsərində gətirilən Ayətullah Xameneinin dilindən o həzrətin mənəvi məqamı haqda və bu məqama arif olmağın yolu haqda bəzi moizələri təqdim edir:

“Bu dünyada həzrət Zəhranın hansı məqama, hansı əzəmətə sahib olduğunu bilmək (iman üçün) kifayət deyil. Doğrudur ki onu bilmək bizim üçün bir mərifət və ariflikdir. Mərifət də əldə olunursa əməl sayəsində əldə olunur. Belə bir mərifət hamıya nəsib olmur....

Şiələr bu məsələni yaddan çıxarmasınlar ki, onun mənəvi məqamına arif olduğumuz və bildiyimiz miqdarda da, əməlimiz və hərəkətimiz olmalıdır.

Bu xüsusilə şiələrə və ümumilə bütün müsəlmanlara aiddir. Belə mərifətlər adətən (əməl sahibi) şiə olan birində mövcud olar.

Amma bunu da bilməliyik ki şiə olmayan bir çoxları sahib olduğu əmələ görə Əhli-Beytə arif olmaq məqamında bəzi şiələrdən də üstündür və öndədir....

Heş kəs fikirləşməməlidir ki Peyğəmbər və Əhli-beyt şiəyə məxsusdur. Onlar bütün dünyanın və İslamındırlar. İndi kim Fatimeyi-Zəhranı qəbul etməz ki?!

İndi kim cənnət gənclərinin ağaları İmam Həsənlə İmam Hüseyni qəbul etməz ki?! Kimdir ki şiənin böyük İmamlarını qəbul etməsin?!

Biri, onu itaəti vacib olan İmam kimi qəbul edirsə, digəri onu belə bilmir, amma yenə qəbul edir. Bunlar bir sıra həqiqətlərdir ki, onları başa düşmək lazımdır.

Bunları gərək əsas kimi formalaşdıraq. Amma indi bəziləri bunu başa düşmür və düşmənin fitnəsi ilə hərəkət edirlər.

Quran buyurduğu kimi fikirləşirlər ki yaxşı iş görürlər, amma düşmən üçün işləyirlər. Bu, bizim zamanın xüsusiyyətlərindən biridir.”

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031