Oruc tutanlar kimi pəhriz etsəniz...
Mьəllif: Ahlibeyt
Tarix: 28-02-2017, 10:34
Oruc tutanlar kimi pəhriz etsəniz...
Amerikalı alimlər oruc tutanlar kimi pəhriz etməyin şəkər xəstələrində mədəaltı vəzinin özünü yenilənməsinə imkan verdiyini bildirib.
Deyerler.org xəbər verir ki, araşdırmanın nəticələri "Cell" jurnalında dərc olunub. 1-ci və 2-ci dərəcəli diabetli siçanlar üzərində aparılan araşdırma, aclıq edərək saxlanılan pəhrizin, mədəaltı vəzidə beta hüceyrəsi adlandırılan xüsusi bir hüceyrəni yenilədiyini ortaya çıxarıb.
Qanda şəkəri təsbit edən və çox yüksəldiyi təqdirdə, insulin hormonunun ifraz olunmasını təmin edən beta hüceyrəsinin yenilənməsilə siçanlarda diabet simptomlarının tərsinə döndüyü müəyyən olunub.
Təcrübələr zamanı siçanların bir neçə gün çox az qida verilərək, aç saxlanıldığı, daha sonra normal qidalanma tərzinə qaytarıldığı qeyd olunub. 1-ci dərəcəli diabet xəstələrindən götürülən toxuma nümunələri üzərində aparılan sınaqların da oxşar nəticələr göstərib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031