Ehtiyac səni çarəsiz vəziyyətə salsa, yalnız bu 3 insana get!
Mьəllif: Ahlibeyt
Tarix: 3-06-2022, 10:51
Ehtiyac səni çarəsiz vəziyyətə salsa, yalnız bu 3 insana get!
Mütləq ehtiyacsız yalnız Allahdır. Ondan savayı hər bir məxlud vücuda gəlmək, var olub həyatda qalmaq və həyatını davam etməkdə Allaha möhtacdır.

Birinci növbədə insan hər bir ehtiyacını Allahdan almaq məqamına yüksələ bilsə nə yaxşı , lakin bu demək olar ki insanların və hətta möminlərin böyük əksəriyyəti üçün əlçatmaz bir mənəvi məqamdır.

Möminlərin belə müəyyən bir maddi məsələdə ehtiyacları yarana və bununla bağlı kiməsə ağıc aça bilərlər.

Baxmayaraq ki islam müəyyən bir maddi məsələdə insanlardan yardım istəməyi mənfi hal hesab etmir, amma şəxslərdə ağız açmanın vərdiş hala gəlməsini də pisləyir.

Hər-halda ehtiyacımız olacağı təqdirdə kimin qapısına getsək daha yaxşı olar?

Tuhaful-Uqul əsərində İmam Hüseyndən (ə) belə bir hədis nəql edilir:

“Öz ehtiyacını yalnız 3 adama açıqla (Yalnız 3 adamın qapısına gedə bilərsən): Dini-imanı olan, mürüvvətli insan (Kişiliyi olan), Əsli-nəsəbi olan”

Çünki dini imanı olan, kişiliyi, ad-sanı olan əsli-nəsəbə sahib insan yardım etməyə qüdrəti olsa Allahdan cəmiyyətin qınağından qorxub onu səndən əsirgəməz.

Onu sənə verə bilməsə də səni ya lazımi yerə istiqamətləndirər, yaxud da ürək dirək verib sənə səbr diləyər. Bunların heç birini edə bilməsələr belə, sənin ağız açmanı ifşa edib el-aləmə yaymazlar .

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930