Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Bu gün İmamət Səmasının Üçüncü Parlaq Ulduzu İmam Hüseynin (əleyhis səlam) təvəllüdünün ildönümüdür

Bu gün İmamət Səmasının Üçüncü Parlaq Ulduzu İmam Hüseynin (əleyhis səlam) təvəllüdünün ildönümüdür

Bu gün İmamət Səmasının Üçüncü Parlaq Ulduzu İmam Hüseynin (əleyhis səlam) təvəllüdünün ildönümüdür
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Hicri qəməri tarixi ilə, 4-cü il Şəban ayının 03, miladi tarixinin 2014, iyun ayının 01-nə təsadüf edən gün, 14 Məsumlardan beşincisi olan, bəşəriyyətin üçüncü İmamı, Hüseyn ibni Əlinin (əleyhiməs səlam) təvəllüd gününə təsadüf edir.

Biz ABNA olaraq dünya Müsəlmanlarının bu sevincinə qoşulur və bənzərsiz bayram münasibəti ilə başda İmam Zaman (Allah Təala onun şərəfli gəlişini tezləşdirsin) Həzrətləri və onun haqq naibi İmam Xamenei cənabları olmaqla bütün bəşəriyyəti səmimi qəlbdən təbrik edirik. Bir daha bayramınız mübarək!

İmam Hüseyni (əleyhi səlam) həyatına qısa baxış

İmam ömrünün altı ilini babası İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə keçirib. Elə bu səbəbdən də İmam Hüseyn (əleyhi səlam) İslam Peyğəmbərinin mühüm səhabələrindən sayılır. O, Peyğəmbərin Şəhadətindan sonra isə otuz il atası İmam Әli (ə) ilə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olmuş və həmişə atasını müdafiə etmişdi. Atasının şəhadətindən sonra qardaşına rəsmən beyət edib, onu rəhbər və İmam kimi qəbul etmişdi.

İmam Həsən (əleyhi səlam) Müaviyə tərəfindən (Allahın Lənəti ona olsun) Şəhid edildikdən sonra İmam Hüseyn (əleyhi səlam) 46 yaşında Allah Təala tərəfindın təyin edilmiş Xəlifəlik və İmamət məqamına yetişdi. Lakin Hüseyn (ə) ilə əshabı hicri 61-ci ilin Məhərrəm ayının 10-da Kərbəla adlanan yerdə mürtəd Yezid ibn Müaviyənin qoşunu tərəfindən amansızcasına Şəhid edildilər.

Müəllif: Admin | 1-06-2014, 20:46
Baxılıb: 406
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.