Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Türkiyə parlamentində yenə dava düşüb, xəsarət alanlar var (Video)

Türkiyə parlamentində yenə dava düşüb, xəsarət alanlar var (Video)

Türkiyə parlamentində yenə dava düşüb, xəsarət alanlar var (Video)
Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı yenə dava baş verib.
İnsident 5-ci maddənin müzakirəsi zamanı baş verib.

Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri parlamentin kürsüsünü ələ keçirib. Bundan sonra hakim Ədalət və İnkişaf partiyasından (AKP) olan deputatlar CHP-çiləri kürsüdən uzaqlaşdırmağa çalışıblar. İki partiyanın millət vəkilləri arasında dava düşüb, bir neçə millət vəkillərinin yaralandığı bildirilir.

Gərginlik aradan qaldırılandan sonra maddə qəbul olunub. Maddənin lehinə 343, əleyhinə isə 7 səs verilib. Cümhuriyyət Xalq Partiyasından olan deputatlar səsvermədə iştirak etməyiblər.



Müəllif: Admin | 12-01-2017, 10:16
Baxılıb: 213
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.