Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » BMT: Səudiyyə rejiminin Yəmənə təcavüzü nəticəsində 1400 yəmənli uşaq həlak olub

BMT: Səudiyyə rejiminin Yəmənə təcavüzü nəticəsində 1400 yəmənli uşaq həlak olub

BMT: Səudiyyə rejiminin Yəmənə təcavüzü nəticəsində 1400 yəmənli uşaq həlak olub
BMT xəbər verir ki, Səudiyyə Ərəbistan rejiminin Yəmənə qarşı təcavüzü nəticəsində 1400 yəmənli uşaq həlak olub.

Maide.Az xəbər verir ki, BMT-nin Uşaq Fondu ötən gün açıqladığı hesabatda bildirib ki, Səudiyyə rejiminin Yəmənin dinc sakinlər məskunlaşdığı bölgələrinə hücumları uşaqların ölməsi və yaralanmasına səbəb olur.

YUNİSEF-in Yəməndəki nümayəndəsi M.Relano bildirib ki, uşaqların öldrülməsi ilə bağlı statistika həqiqətdə elan olunandan daha çoxdur. “Uşaqlar öyrənmək əvəzinə ölüm, müharibə və dağıntıları müşahidə edirlər.”

Qeyd edək ki, BMT-nin açıqlandığı hesabat ərəfəsində Səudiyyə Ərəbistanın hərbi təyyarələri Yəmənin paytaxtı Sənanın şimal-şərqində Nəhim bölgəsinə şiddətli hava zərbələri endirib.Bu hava zərbəsi nəticəsində onlarla uşaq və qadın yaralanıb və həlak olub.

Bölgədə əl-Fəllah adlı məktəbin yaxınlığına endirilən hava zərbəsində məktəblilər də həlak olub.

BMT-nin məlumatına görə, Səudiyyə rejiminin təcavüzü nəticəsində Yəməndə indiyədək 2 mindən çox məktəb yararsız hala düşüb.

Müəllif: Admin | 12-01-2017, 10:10
Baxılıb: 250
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.