“Rəfsəncaninin ölümündə ən böyük müsibəti Ayətullah Xamenei gördü”
Müəllif: Admin
Tarix: 11-01-2017, 21:21
Bölmə: Xəbərlər
“Rəfsəncaninin ölümündə ən böyük müsibəti Ayətullah Xamenei gördü”
“Haşemi Rəfsəncani həm hegemonlarla mübarizə aparan idi həm də Sionizmlə, O əvvəl necə idi sona qədər də elə qaldı. Onun ölümündə ən böyük müsibəti Ali lider gördü. Mən Ali liderə baş sağlığı verirəm. Allah onu bizim üçün qoruyub saxlasın”
İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bunu Sepahın tanınmış generalı Qasim Süleymani deyib.

O, dəfn mərasimində iştirak edən zaman jurnalistlərin suallarını cavablandıraraq, Haşemi Rəfsəncaninin vəfatına görə İran İslam İnqilabının Ali lideri Seyyid Əli Xameneiyə başsağlığı verib.

O bildirib ki, Haşemi Rəfsəncani İnqilabın əvvəlində necə idisə sona qədər də elə qaldı.

“Amma o bəzi zamanlarda taktikalara əl atırdı və düşməni çaşdırırdı” deyə Qasim Süleymani son illərdə Ali liderlə Rəfsəncani arasında bəzi fikir ayrılıqlarının səbəblərinə toxunub.

O vurğulayıb ki elə Haşimi Rəfsəncaninin ölümü daha çox Ali lideri kədərləndirdi.


Oxşar xəbərlər
«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031